Okt
2023
18:54
167
36
1936
Virtual karabakh

Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib - YENİLƏNİB + FOTO

2 Okt, 2023
18:54
1936

Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi 2023” çərçivəsində oktyabrın 2-də Azərbaycanın paytaxtı Bakı şəhəri ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

Oxu.Az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri və mütəxəssislərin iştirak etdiyi tədbirdə əvvəlcə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif salamlama nitqi ilə çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin müraciətini iştirakçıların diqqətinə çatdırıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev salamlama çıxış ediblər.

Çıxışlarda dayanıqlı məskunlaşmanın əhəmiyyətinə toxunulub. Bakı şəhərinin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi yüksək qiymətləndirilib, paytaxtın hazırki inkişaf tempindən danışılıb. Həmçinin bildirilib ki, şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda, hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar inkişaf proqramlarının əhəmiyyətini daha da artırır. Belə ölkələrdən biri də Azərbaycandır.

Bununla yanaşı, ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan  şəhərsalma siyasəti və layihələndirmə işlərinin miqyasından söz açılıb.

Şəhərsalma üzrə beynəlxalq və milli ekspertlərin çıxışlarının ardınca  2023-cü il üzrə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) xüsusi tanınma mükafatlarının təqdimatı olub. Mükafatları almış şəxslər ürək sözlərini ifadə ediblər.

Tədbirdə “Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışlar müzakirə edilib, şəhərlərin milli və regional sosial-iqtisadi dayanıqlıqda və inkişafda aparıcı rolu, postmünaqişə dövründə şəhərlərin bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir. Həftə çərçivəsində bir sıra yüksək səviyyəli tədbirlər, o cümlədən Zəngilanda və Bakıda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu (NUFA2) keçirilib.

Qeyd edək ki, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında Ümumdünya Məskunlaşma Gününün 2023-cü ildə Bakı şəhərində qeyd edilməsinə dair qərar qəbul edilmişdi. BMT-nin 1985-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır.

10:06

Bu gün Bakıda “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Ümumdünya Məskunlaşma Günü” Forumu keçirilir.

Oxu.Az xəbər verir ki, Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyətləri, dövlət rəsmiləri və media mənsubları iştirak edirlər.

Müxtəlif mövzuların müzakirə edildiyi forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etməkdir.

Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri “Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri