15 
Okt
2023
23:45
386
19
7180
Virtual karabakh

Arayikin Xankəndidəki iş otağından GÖRÜNTÜLƏR - VİDEO

15 Okt, 2023
23:45
7180

Arayikin Xankəndidəki iş otağından GÖRÜNTÜLƏR - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağdakı qondarma rejimin “liderlərindən” olan, hazırda Azərbaycanda istintaq təcridxanasında saxlanılan Arayik Arutyunyanın bir zamanlar Xankəndidə istifadə etdiyi iş otağından görüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, görüntülərdə otağın darmadağın olduğu, səliqəsizliyi diqqət çəkir.

Videogörüntünü çəkən şəxs şərh edir ki, Azərbaycan Ordusu əsgərlərinin qorxusundan separatçıların “administrasiya rəhbərliyi” danışdığı telefonun dəstəyini də üzərinə qoymayıb, tələm-tələsik canını götürüb qaçıb:

“2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistanın baş naziri Nikol Paşinyan telefondan asılı qalmışdı və dünya liderlərinə davamlı zənglər edib onları bezdirirdi. 2023-cü ilin 19-20 sentyabr tarixində lokal antiterror tədbirləri müddətində də Xankəndidə oturan qondarma rejimin “administrasiya rəsmiləri” eyni aqibəti yaşayıblar. Görünür ki, qaça-qaç düşdüyündən telefonun dəstəyini üzərinə qoymağı da yaddan çıxarıblar”.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri