22 
Okt
2023
17:02
146
23
3158
yuxarı
Toronto-Dehli reysini yerinə yetirən təyyarə Bakı hava limanına eniş edib
22 Okt, 2023
17:02
3158
146
23
Toronto-Dehli reysini yerinə yetirən təyyarə Bakı hava limanına eniş edib
Toronto-Dehli reysini yerinə yetirən “Air Canada” aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Oxu.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, buna səbəb təyyarənin sol mühərrikində yağ təzyiqinin aşağı olması olub.
“Boeing 777” yerli vaxtla saat 15:50-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin olub. Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir”, - deyə məlumatda qeyd olunub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək