28 
Noy
2023
22:40
183
11
3466
Virtual karabakh

Yüksək vəzifəli azərbaycanlı məmurların 350 min dolları oğurlanıb

28 Noy, 2023
22:40
3466

Yüksək vəzifəli azərbaycanlı məmurların 350 min dolları oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə azərbaycanlı diplomatları aldadıblar.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Belə ki, Türkiyənin maliyyə proqramlarının sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu azərbaycanlı Murad Şirinovla işə başlayıb.

Şirinov azərbaycanlı diplomatlar ilə Azərbaycandakı bank meneceri vasitəsilə əlaqə saxlayıb.

İddialara görə, o, özünü dövlət məmuru kimi təqdim edib və etibar qazanıb.

Murad Şirinov Azərbaycanda yüksək səviyyəli vəzifə tutan üç diplomatla əlaqə saxlayıb.

O, kafedə diplomatlarla görüşüb, pulu şəxsən alıb, lakin qarşılığında qəbz verməyib.

Əsl müdirlə görüşmək istəyən diplomatları Gökalp İçerin kabinetinə apararaq onunla tanış edib.

Zərərçəkənlərin iddialarına görə, onların telefonlarına proqram quraşdırılıb. Onlara deyilib ki, pullarını bu platforma vasitəsilə izləyə bilərlər. Lakin həmin platformaya nəzarət bütünlüklə Şirinovda olub.

İlk bir neçə ayda zərərçəkənlərə cüzi məbləğ ödənilib. Bu yolla onların daha çox sərmayə qoymasına və yaxınlarını bu sistemə daxil etməsinə şərait yaradılıb. Zərərçəkənlər onlardan böyük miqdarda pul alındıqdan sonra artıq qazanc əldə etmədiklərini müşahidə ediblər. “İş” qurduqları adamlar da onların telefonuna cavab verməyib. Bir müddət sonra proqramdakı hesablar da sıfırlanıb. Onların 350 min dolları mənimsənilib.

Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb.

İddianamədə M.Şirinova verilən pulla heç bir sərmayə qoyulmadığı aydın olub.

Onların telefonlarına quraşdırılan tətbiqin sərmayə qoyulmuş kimi saxta məlumatları əks etdirdiyi bildirilib.

Sözügedən şirkət və tətbiqin iş icazəsi, yaxud lisenziyasının olmadığı da müəyyən edilib.

Gökalp İçer və Murad Şirinov barəsində iddia qaldırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri