Fev
2024
12:42
207
9
1891
Virtual karabakh

Xocalı doğma sakinlərini qəbul etməyə hazırlaşır - FOTO/VİDEO

5 Fev, 2024
12:42
1891

Xocalı doğma sakinlərini qəbul etməyə hazırlaşır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir.

“Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri görülür. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır.

Şəhər ərazisinin məişət tullantılarından və yabanı bitkilərdən təmizlənməsi, abadlaşdırma və yaşıllaşdırma prosesi də davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri