Fev
2024
12:37
193
37
4259
Virtual karabakh

“Sovetski” ərazisindəki park genişləndirilir? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO

6 Fev, 2024
12:37
4259

“Sovetski” ərazisindəki park genişləndirilir? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş “Sovetski” ərazisində tərəfimizdən heç bir yenidənqurma işləri aparılmır.

Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə yenidənqurma işlərinin aparılması ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

10:54

Keçmiş “Sovetski” ərazisində yaradılan Mərkəzi Parkın üçüncü hissəsində yenidənqurma və abadlıq işlərinə başlanıldığı deyilir.

Oxu.Az xəbər verir ki, bu barədə foto və məlumat sosial şəbəkələrdə paylaşılıb.

İddia edilir ki, abadlıq işləri Təzəpir məscidinin yaxınlığında yerləşən ərazidə aparılır. İşlərin başlanıldığı hissədə evlərin bir neçə il əvvəl söküldüyü deyilir.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Qeyd edək ki, Mərkəzi Parkın üçüncü hissəsinin ümumi ərazisi 8,2 hektar planlaşdırılıb. Bunun 6,4 hektarı yaşıllıq sahəsi üçün nəzərdə tutulub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri