Mar
2024
14:28
12
393
3046
Virtual karabakh

Şəhid atası vəfat etdi - FOTO

9 Mar, 2024
14:28
3046

Şəhid atası vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi şəhidi Anar Əmirovun atası dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, şəhidin atası Allahverdi Əmirov xəstəlik səbəbindən vəfat edib. O, Füzuli rayonu Əhmədalılar kənd məzarlığında dəfn edilib.

Qeyd edək ki, 2000-ci ildə Sabirabadın Bulaqlı kəndində anadan olan Anar Əmirov 2020-ci ilin oktyabrın 20-si Zəngilan istiqamətindəki döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri