18 
Mar
2024
11:52
17
38
985
Virtual karabakh

Azərbaycanda iki ayda 60 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb

18 Mar, 2024
11:52
985

Azərbaycanda iki ayda 60 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

Oxu.Az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 9 349-u ilkin, 50 744-ü isə təkrar qeydiyyatın payına düşüb.

İki ay ərzində fərdi yaşayış və bağ evləri üzərində 8 753, mənzillər üzərində 13 248, torpaq sahələri üzərində 36 258, qeyri-yaşayış binaları üzərində 512, qeyri-yaşayış sahələri üzərində 1 220, əmlak kompleksləri üzərində 96, çoxmərtəbəli yaşayış binaları üzərində isə altı mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu mülkiyyət hüquqlarının 14 886-sı Bakının, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 43 765 texniki pasport tərtib edilib, 11 314 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri