18 
Mar
2024
13:56
103
22
1613
Virtual karabakh

Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb - FOTO

18 Mar, 2024
13:56
1613

Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə olaraq cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb. 

Oxu.Az xəbər verir ki, sistem ilk olaraq Penitensiar Xidmətin yeni tikilmiş Lənkəran Penitensiar Kompleksinin cəzaçəkmə müəssisəsində quraşdırılıb.

Sistemin quraşdırılmasında məqsəd müəssisədə cəza çəkən məhbusların təhlükəsizliyini təmin etməkdir.

Müəssisənin bir korpusunda cəza çəkən məhbus digər yad korpusa daxil olarsa, bu zaman üztanıma sistemi işə düşür.

Sistem həmin şəxsin yad olduğunu aşkarlayır və dərhal həyəcan siqnalı işə düşür.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri