19 
Mar
2024
16:42
528
7
7750
Virtual karabakh

Sükan arxasında huşunu itirən xanıma yardım edən sürücü mükafatlandırıldı - YENİLƏNİB + FOTO/VİDEO

19 Mar, 2024
16:42
7750

Sükan arxasında huşunu itirən xanıma yardım edən sürücü mükafatlandırıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyatını təhlükəyə ataraq sükan arxasında huşunu itirən xanıma yardım göstərən sürücü müəyyən olunub.

Oxu.Az xatırladır ki, sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif media subyektlərində paytaxtın H.Əliyev prospektində KIA markalı, 10-PT-454  dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Faiq Şərif oğlu Rəhimovun sükan arxasında huşunu itirən xanım sürücüyə kömək göstərməsini əks etdirən videogörüntü yayımlanıb.

Bununla əlaqədar sürücü F.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və göstərdiyi köməyə görə ona təşəkkür edilib.

Eyni zamanda, F.Rəhimovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən olunub və nümunəvi sürücü kimi ona mükafat təqdim edilib. 

12:24

Bakıda aeroport şosesində hərəkətdə olan nəqliyyat vasitələrindən birinin sürücüsü huşunu itirib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan kadrlardan görünür ki, sürücülərdən biri ötmə əməliyyatı edərkən digər avtomobil sürücüsünün sükan arxasında huşunu itirdiyini görüb.

Sürücü dərhal onun avtomobilinin qarşısına keçib və avtomobili təhlükəsiz dayandıra bilib.

Daha sonra sürücüyə ilkin yardım göstərildiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri