27 
Mar
2024
17:44
90
12
1559
Virtual karabakh

Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə 15 il həbs cəzası istənilib - FOTO/VİDEO

27 Mar, 2024
17:44
1559

Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə 15 il həbs cəzası istənilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prokuror keçmiş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevə iş istəyib.

“Report” xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasında elan edilib.

Belə ki, prokuror təqsirləndirilən şəxslərin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, istintaq materiallarına əsasən, prorektor Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. Azərbaycan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin institutun nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiyası şurasının sədri vəzifəsində çalışan Müşfiq Atakişiyevin T.Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşfiq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri