28 
Mar
2024
14:28
5
73
1222
Virtual karabakh

Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO

28 Mar, 2024
14:28
1222

Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan şəhərinin sakinləri nəqliyyat problemindən şikayətçidirlər.

Sakinlər marşrut avtobuslarının sayının az, intervalın isə çox olduğunu, axşam saat 7-dən sonra isə ümumiyyətlə avtobus tapmaqda çətinlik çəkdiklərini deyirlər.

“Hamının taksidən istifadə etməyə imkanı yoxdur. Əsasən də yaşlılar, iş müddəti çox olanlar bu problemdən əziyyət çəkirlər”, - deyə sakinlər narazılıq bildiriblər.

Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, yaz-yay mövsümü ilə əlaqədar avtobusların sayının artırılması, intervalın isə azaldılması nəzərdə tutulur.

Saat 21:00-dan sonra marşrutların işləməsinə gəlincə isə qurumdan bildirilib ki, sərnişin sıxlığı qeydə alınarsa, bu istiqamətdə müvafiq addımlar atılacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri