28 
Mar
2024
16:45
19
153
962
Virtual karabakh

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: “Əməliyyat məbləğini toplaya bilmirik” - FOTO

28 Mar, 2024
16:45
962

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: “Əməliyyat məbləğini toplaya bilmirik” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun atası İlkin Hacıyev məlumat verib.

O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:

“Hazırda qızım Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alır. Zəhranın ilik köçürülməsinə ehtiyacı var. Bu proses çox bahalı sayılır. İndi müalicə dövlət tərəfindən aparılsa da, gündəlik xərclər və dərmanları almaqdan maddi olaraq tükənmişik. Gələn ay ilik köçürülməsi üçün Türkiyəyə getməliyik. Bunun üçün isə 83 min dollara ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 271-61-75.

“Unibank”: 5243 7544 1805 2278.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri