29 
Mar
2024
01:20
19
319
2376
Virtual karabakh

Mingəçevirdə dəhşətli yanğın: Ailələr evsiz qaldılar - YENİLƏNİB + VİDEO

29 Mar, 2024
01:20
2376

Mingəçevirdə dəhşətli yanğın: Ailələr evsiz qaldılar - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevirdə güclü yanğın olub.

Hadisə şəhərin Heydər Hüseynov küçəsində, keçmiş məcburi köçkünlər yaşadığı binada baş verib.

Məlumata görə, yanğın beşinci mərtəbədə qeydə alınıb.

“Neçə ildir əziyyət çəkdiyim, yığdığım hər şey yanıb kül oldu”, – sakin deyib.

Ətraflı Baku TV-nin süjetində:

28.03.2024, 18:08

Mingəçevirdə məcburi köçkünlərin yaşadığı keçmiş yataqxanada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yataqxana tipli yaşayış binasının beşinci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Yanğın nəticəsində vətəndaşlara məxsus arakəsmələri taxta konstruksiyadan ibarət ümumi sahələri 40 və 50 m² olan iki otağın yanar konstruksiyaları yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri