28 
Mar
2024
22:08
178
47
2025
Virtual karabakh

Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər - VİDEO

28 Mar, 2024
22:08
2025

Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar avtomobilin dövlət qeydiyyat nişanının yerini dəyişərək qanunu pozan sürücülər çoxalıb.

Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sürücülər bunu məqsədli şəkildə edirlər:

“Təbii ki, onu ora qoyanda axırıncı nömrə oxunmur. Deməli, kameradan yayınmağa hesablanmış bir addımdır və ya radarın görmə bucağını kəsən əməllərə yol verirlər. Bu da nömrəni sağ və sol küncə yapışdırmaqdan ibarətdir”.

Yol polisi belə sürücülərin qanunsuz əməllərinin qarşısını almaq üçün hərəkətə keçib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, dövlət qeydiyyat nişanı avtomobilin arxa və qabaq hissəsində müəyyən edilmiş yerdə bərkidilməlidir:

“Lakin təəssüflə qeyd edirəm ki, bəzi sürücülər dövlət qeydiyyat nişanlarını müəyyən edilmiş yerdə deyil, digər hissələrə bərkidirlər. Bu da xüsusi texniki vasitələrin nömrəoxuma funksiyalarına çətinlik yaradır. Bu, qayda pozuntusudur və inzibati məsuliyyət yaradır”.

Qeyd edək ki, belə sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək, qanunsuzluğa yol verənlər cəzalandırılacaqlar. 

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri