29 
Mar
2024
20:08
24
124
5651
Virtual karabakh

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq

29 Mar, 2024
20:08
5651

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xırdalan şəhərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Oxu.Az-a “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində 30 mart 2024-cü il tarixində saat 9:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək.

Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri