30 
Mar
2024
06:54
272
16
4027
Virtual karabakh

30 il əvvəl Laçından çıxdığı maşınla doğma yurduna qayıdan sakin: “Güllə izləri də qalır” - FOTO/VİDEO

30 Mar, 2024
06:54
4027

30 il əvvəl Laçından çıxdığı maşınla doğma yurduna qayıdan sakin: “Güllə izləri də qalır” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1992-ci ildə Laçından bu maşınla çıxmışdım, bu maşınla da bu gün öz doğma yurduma qayıdıram”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Şahlar Eldar oğlu Cəfərov deyib.

O bildirib ki, müharibə dövründə Laçın şəhərindən çıxarkən güllə yağışına da tutulub:

“Laçın bizim hər birimizin qanayan yarasıdır. Çox ağrılı günlər yaşamışıq. Laçından gördüyünüz bu UAZ-452 markalı maşınla çıxmışıq. Yüngül ev əşyalarını götürə bildik ancaq. Mənfur düşmənlərimiz Laçından çıxanda mülki əhalini atəşə tutdu. Xoşbəxtlikdən güllələr bizə yox, maşına dəydi. İki güllə dəydi maşına. O gündən özümə söz verdim ki, bu maşını gözüm kimi qoruyacağam və bu maşınla da Laçınımıza qayıdacağam. Bu gün həmin gündür. Maşını çox çətinliklə də  qoruyub saxlaya bildim. Hətta güllə izləri də qalmaqdadır. İndi öz əşyalarımızı yükləyib öz doğma yurdumuza qayıdırıq. 

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə və Zabux kəndinə yola salınıb. Bu mərhələdə daha 25 ailə (79 nəfər) öz doğma yurduna köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə  472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndinə isə 215 ailənin, yəni 819 nəfərin daimi məskunlaşması təmin edilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri