30 
Mar
2024
11:42
102
11
931
Virtual karabakh

Abbas Musəvi: “Cənubi Qafqaz ölkələri öz məsələlərini həll etmək gücündədir”

30 Mar, 2024
11:42
931

Abbas Musəvi: “Cənubi Qafqaz ölkələri öz məsələlərini həll etmək gücündədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran hər zaman regional məsələlərin regiondaxili ölkələrin potensialından istifadə edərək həllinə təkid edib”.

Bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi “Trend”ə bildirib.

“Qərb ölkələrinin regiona olan müdaxilə təcrübəsi uğurlu bir təcrübə hesab olunmur və regionda olan məsələlərin həllinə kömək etməyəcək, əksinə bu məsələlərin mürəkkəbləşməsinə gətirib çıxaracaqlar. Çünki bu ölkələr başda öz maraqlarını təmin etməyi güdürlər, region ölkələrinin maraqlarını deyil.

Biz inanırıq ki, Cənubi Qafqaz ölkələri öz məsələlərini özləri həll etmək gücündədir. İran İslam Respublikası bu istiqamətdə iki və çoxtərəfli təmasları davam etdirir”, - deyə o bildirib.

Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş baş tutacaq. Qərbin Ermənistanla təhlükəsizlik zəmanəti haqqında saziş imzalayacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri