Apr
2024
14:48
72
21
1934
Virtual karabakh

Gündüz Kərimov: “Məxfi məlumatların təhlükəsizliyi təmin edilməlidir”

2 Apr, 2024
14:48
1934

Gündüz Kərimov: “Məxfi məlumatların təhlükəsizliyi təmin edilməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər hansı qanunvericilik aktlarının hazırlanmasında nəinki hüquq ekspertizası, həm də hökumətin hüquq siyasəti də nəzərə alınmalıdır”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Xüsusi Rəqəmsal cinayət prosesual qanunvericiliyin hazırlanması zamanı da dövlətin hüquq siyasəti nəzərə alınır:

“Qanunvericiliyin inkişaf tempi, məsələnin müxtəlif tərəflərdən araşdırılması və bir sıra digər istiqamətlərdə dəqiqləşdirmə aparılmalıdır. Risk faktorları mütləq nəzərə alınmalı və önləmlər alınmalıdır ki, məxfi məlumatların təhlükəsizliyi təmin edilsin. Eləcə də şəxsi məlumatların ələ keçirilməsi riskinin tamamilə aradan qaldırılması istiqamətində tədbirlər görülməlidir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri