10 
Apr
2024
02:48
17
139
1505
Virtual karabakh

Ağdaşda tunelə su dolub: Sakinlər çətin vəziyyətdədirlər - VİDEO

10 Apr, 2024
02:48
1505

Ağdaşda tunelə su dolub: Sakinlər çətin vəziyyətdədirlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunun Hüşün kəndində tunelə su dolub. Nəticədə həmin tuneldən istifadə edən sakinlər üçün çətin vəziyyət yaranıb. Sakinlərin dediyinə görə, tunelə yayda əkin sahələrindən çıxan su, payızda isə yağış suları dolur.

Xezerxeber.az-ın məlumatına görə, Ləki-Qəbələ dəmiryol xətti üçün inşa edilən tunelə yağış suları dolur. Belə olan təqdirdə yolda avtomobillərin hərəkəti çətinləşir.

Sakinlərin sözlərinə görə, ən acınacaqlı vəziyyət yolda hərəkət edən piyadalar üçün olur.

Bununla bağlı kənd sakinləri yerli qurumlara dəfələrlə müraciətdə ediblər, lakin bu günə qədər heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən şifahi olaraq bildirdilər ki, sözügedən tunel dəmir yolu keçidlərində qatarlarla avtonəqliyyat vasitələrinin mümkün toqquşmalarının qarşısını almaq və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə inşa edilib. Səsləndirilən problemlə bağlı qurumun nümayəndələri tuneldə müvafiq dövlət qurumlarının mütəxəssisləri ilə görüş keçirməyi planlaşdırır.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri