10 
Apr
2024
08:54
16
50
902
Virtual karabakh

Bakıda duman nə zaman seyrələcək?

10 Apr, 2024
08:54
902

Bakıda duman nə zaman seyrələcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda ölkə ərazisində duman müşahidə olunur. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklər vasitəsilə Abşeron yarımadasına hərəkət edib”.

“Report” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunur və görünüş 50-200 metrədək məhdudlaşıb.

Cənub-şərq küləyinin axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın dağılmasına səbəb olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri