11 
Apr
2024
15:37
917
37
16438
Virtual karabakh

Polis tərəfindən saxlanılan daha bir tiktoker həbs edildi - YENİLƏNİB + FOTO/VİDEO

11 Apr, 2024
15:37
16438

Polis tərəfindən saxlanılan daha bir tiktoker həbs edildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə cəmiyyətə qarşı açıqca hörmətsizlik və qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi.

Oxu.Az xəbər verir ki, məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, daha əvvəl 1998-ci il təvəllüdlü, sosial şəbəkələrdə “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov da 30 sutka inzibati qaydada həbs edilmişdi. 

09:32

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Tiktok”da “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanov saxlanılıblar.

Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.

“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, - DİN-in məlumatında deyilir.

Xatırladaq ki, bundan öncə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşdığına görə, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov isə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirdiyinə görə saxlanılıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri