13 
Apr
2024
18:48
69
20
1158
Virtual karabakh

Azxeber.com 14 yaşını qeyd edir

13 Apr, 2024
18:48
1158

Azxeber.com 14 yaşını qeyd edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azxeber.com informasiya portalının 14 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

Oxu.Az kollektivi Azxeber.com portalında çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri