15 
Apr
2024
21:00
243
2
1049
Virtual karabakh

Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib - FOTO

15 Apr, 2024
21:00
1049

Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərakeşdə yaşayan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (İCESCO) çalışan azərbaycanlı Müsəllim Əfəndiyev Mərakeş Krallığının Toubkal (4167 metr) zirvəsini fəth edib.

Oxu.Az xəbər verir ki, 12-14 aprel tarixlərində həmyerlimiz və bir neçə yerli hiking həvəskarları müvəffəqiyyətlə Toubkal Milli Parkında yerləşən, Şimali Afrikanın və eyni zamanda Ərəb dünyasının ən hündür zirvəsi olan, Mərakeş Krallığının Toubkal yüksəkliyinə qalxıblar.

Həmyerlimiz dəniz səviyyəsindən 4167 metr yüksəklikdə olan Toubkal dağının zirvəsini fəth edərək Azərbaycanın Bayrağını dalğalandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri