15 
Apr
2024
23:08
11
120
1351
yuxarı
Gəncə sakini itkin düşdü - FOTO
15 Apr, 2024
23:08
1351
11
120
Gəncə sakini itkin düşdü - FOTO
Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Vahid oğlu Həsənov itkin düşüb.
Bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.
İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında “Vito” markalı mikroavtobusdan düşüb və ondan xəbər alınmayıb.
Yaxınlarının sözlərinə görə, dünən bir müddət telefonuna zəng çatsa da, sonradan əlaqə yaratmaq mümkün olmayıb. Həsənovun üzərində cins şalvar, boz köynək, başında kepka olub.
Onu görənlərdən 055 764 90 51 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək