16 
Apr
2024
11:44
49
15
1107
Virtual karabakh

Azərbaycanda nə qədər insan taksidən istifadə edib?

16 Apr, 2024
11:44
1107

Azərbaycanda nə qədər insan taksidən istifadə edib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlanıb.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 7,2 faiz və 7,5 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi (18,6 milyon) isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,4 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri