16 
Apr
2024
12:56
7
159
2567
Virtual karabakh

Bakıda evlərin qiyməti hansı səbəbdən yenidən bahalaşacaq?

16 Apr, 2024
12:56
2567

Bakıda evlərin qiyməti hansı səbəbdən yenidən bahalaşacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-ci ilin son rübünə nisbətən, 8,1% yüksəlib. Cari ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5%, təkrar mənzil bazarında qiymətlər isə 8,1% artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3,1%, təkrar mənzil bazarı üzrə 2,2% artıb. Bəs bahalaşma tendensiyasının başlıca səbəbləri nədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bahalaşmanın əsas səbəbi mənzil bazarında olan qıtlıqdır: 

“Bahalaşmanın əsas səbəbi daşınmaz əmlakların təklifində olan qıtlıqdır. Təkliflər tələbləri üstələmir və qiymətlər bahalaşdığı üçün ipoteka müraciətləri çoxalır. Tikinti şirkətləri tərəfindən də rəqabət az olduğu üçün onlar qiymətləri bazara uyğun olmayan tərzdə qaldırırlar. Əsas səbəb məhz budur. Yəni əgər bazarda rəqabət yüksək olarsa, təklif sayı tələbi üstələyərsə, bu həcmdə qiymət artımı müşahidə olunmaz”. 

Ekspert paralel olaraq, ipoteka kreditlərinə olan müraciətlərin artmasını da qeyd edib: 

“Son iki ay ərzində ipotekaya müraciətlərin də sayı həddən artıq çoxalıb. İstehlakçılar və ipoteka götürən şəxslər də mənzillərlə bağlı təkliflərin həddən artıq az olmasından şikayət edirlər. Belə olan təqdirdə onlar məcbur qalıb üzdə olan əmlakları alırlar. Bu zaman böyük rəqəmlər üzərində deyil, kiçik rəqəmlər üzərindən sözləşmə gedir. Məsələn, kimsə 100 minlik daşınmaz əmlakı satırsa, qiymətdə çox cüzi endirim edir. Bu isə sırf tələbin yüksək səviyyədə olması ilə bağlıdır”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri