18 
Apr
2024
22:24
30
102
1764
Virtual karabakh

Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ

18 Apr, 2024
22:24
1764

Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadına qarşı dələduzluq edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub.

Zərərçəkən ifadəsində təxminən bir il bundan öncə Anar adlı şəxsə 20 min manat verdiyini amma qarşılığında Anarın söz verdiyi kimi dövlət orqanlarından birinə şöbə müdiri kimi işə düzəlmədiyini bildirib.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qadının etibarından sui-istifadə edərək pulunu ələ keçirən Bakı şəhər sakini 45 yaşlı Anar Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri