19 
Apr
2024
13:28
17
37
1311
Virtual karabakh

Ötənilki auditdən sonra büdcəyə qaytarılan vəsait açıqlanıb

19 Apr, 2024
13:28
1311

Ötənilki auditdən sonra büdcəyə qaytarılan vəsait açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatası 2022-ci ilin iş planına uyğun olaraq keçirilmiş nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpasına dair təkliflərlə bağlı qalan 25,5 milyon manatın icrası ötən il davam etdirilib.

“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Həmin məbləğin 17 milyon manatı üzrə hesabat dövründə tədbirlər həyata keçirilib, o cümlədən 9,5 milyon manat bərpa olunub, 0,9 milyon manat müqavilə məbləğindən azaldılıb, 6,6 milyon manat isə əvvəlki illərin öhdəliyinin bağlanmasına yönəldilib.

Eyni zamanda, 2022-ci ildə maliyyə hesabatlarının auditi nəticəsində aşkarlanmış 564,5 milyon manat əhəmiyyətli təhriflərin 254,7 milyon manatı üzrə hesabat dövründə müvafiq düzəlişlər edilib. Bundan əlavə, əvvəlki illərin İş Planları üzrə daha 1,3 milyon manatın müvafiq büdcələrə bərpası təmin edilib”, - V.Gülməmmədov əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri