22 
Apr
2024
11:28
32
94
1035
Virtual karabakh

Xaçmaz və Beyləqanda atmosferə normadan artıq tullantı ixrac edən avtomobillərlə bağlı tədbir görülüb - VİDEO

22 Apr, 2024
11:28
1035

Xaçmaz və Beyləqanda atmosferə normadan artıq tullantı ixrac edən avtomobillərlə bağlı tədbir görülüb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir.

Bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, Xaçmaz və Beyləqan  rayonlarında təşkil olunan növbəti tədbir zamanı yol polisi əməkdaşları mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görməklə yanaşı, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri