22 
Apr
2024
14:04
12
107
1929
Virtual karabakh

Metronun “Həzi Aslanov” stansiyasındakı tunelin tavan hissəsindən su sızması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

22 Apr, 2024
14:04
1929

Metronun “Həzi Aslanov” stansiyasındakı tunelin tavan hissəsindən su sızması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda metronun “Həzi Aslanov” stansiyasındakı tunelin tavan hissəsindən su sızmağa başlayıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna səbəb həmin stansiyasının xidməti otaqlarından birində su xətti borusunun zədələnməsi olub.

“Metronun “Həzi Aslanov” stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib. Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb”.

Qurum sözçüsü bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmayıb.

“Suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib. Qatarlar hərəkət qrafikinə uyğun intervallar saxlanılmaqla hərəkət edib”, - deyə B.Məmmədov bildirib.

Bəxtiyar Məmmədovun sözlərinə görə, qısa müddətdə yaranmış problem aradan qaldırılıb və suyun verilməsi bərpa olunub.

Almaz Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri