22 
Apr
2024
18:16
11
90
1050
Virtual karabakh

Niyyət edilərək tikilən 110 illik hamam acınacaqlı vəziyyətdədir - FOTO

22 Apr, 2024
18:16
1050

Niyyət edilərək tikilən 110 illik hamam acınacaqlı vəziyyətdədir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən “Hacı Əmrah” hamamı 1915-ci ildə tikilib.

Kənd sakini Əmrah İsayev Moderator.az-a açıqlamasında bildirib ki, hamamı babası tikdirib.

“Babam ziyarətdə olanda niyyət edib ki, sağ-salamat qayıtsam, kənd camaatı üçün hamam tikdirəcəyəm. Hamam 1980-ci illərin sonuna qədər fəaliyyət göstərib. Hamam uzun illərdir ki, baxımsız vəziyyətdədir, içərisi daş-kəsəklə, zibillə doludur. Heç kim gəlib maraqlanmır, göz görə-görə tariximiz məhv olur”, - deyə o bildirib.
 
Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, hamam bərpa edilməsi üçün investisiya planına salınıb. 
 
“Hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda qeyd edək ki, ölkə ərazisində bu tip tarixi abidələr çoxluq təşkil edir. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar tərəfindən bərpa edilərək istifadə edilməsində maraqlıyıq. Kimsə tarixi abidədə təmir-bərpa işləri aparıb hansısa istiqamətdə istifadə etmək istəyirsə bununla bağlı müvafiq bərpa layihəsi, təklif hazırlayıb Mədəniyyət Nazirliyinə müraciət edir və onun bu təklifi dəyərləndirilir. Layihədə hansısa çatışmazlıq olarsa, dərhal izah olunur və dəyişikliklər olunduqdan sonra təsdiq olunur, işə başlanılır”, - deyə qurum rəsmisi bildirib.

“Mütləq şəkildə hamam kimi istifadə olunmalıdır yoxsa hansısa bir çay evi yaxud əyləncə yeri kimi də istifadə oluna bilər?” sualına qurum rəsmisi belə cavab verib.

“Konkret çay evini deyə bilmərəm, amma muzey, qalereya, hansısa sərgi salonu emalatxanası, hansısa əl işləri ilə bağlı emalatxana kimi fəaliyyət göstərməsinə dəqiq icazə verə bilərlər. Çay evi məsələsinə görə konsepsiyası olmalıdır ki, ona baxılsın” deyə Fariz Hüseynli bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri