22 
Apr
2024
18:32
11
87
1609
Virtual karabakh

Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA

22 Apr, 2024
18:32
1609

Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qaradağ rayonunda içməli suyun verilməsi dayandırılıb.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə göndərilən şikayətdə məlumat verilib.

Belə ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv ərazisində bir həftədir ki, su gəlmir.

Məsələ ilə bağlı açıqlama verən “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, orada dörd küçə var, adıçəkilən küçə su təchizatının ən pis olduğu ərazidir.

“Bu küçəyə vaxtilə camaat özü yığışıb 76 diametrlik su xətti çəkiblər. Əvvəl orada 40-50 ev var idi. İndi 200 dən artıq ev var. İndi həmin o su xəttinə hamı qoşulur. Hava isti olan kimi suvarma məqsədi ilə istifadə etməyə başlayırlar, buna görə də belə problem yaranır”.

Qurum sözçüsü bildirib ki, su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə su xəttinin çəkilməsi üçün eskiz layihələr hazırlanıb, gələcəkdə bu layihə icra olunduqdan sonra həmin küçənin su probleminə son qoyulacaq.

Almaz Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri