22 
Apr
2024
19:40
158
4
2077
Virtual karabakh

Naxçıvanda REYD: Narkotacirlər saxlanıldılar - VİDEO

22 Apr, 2024
19:40
2077

Naxçıvanda REYD: Narkotacirlər saxlanıldılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini 1977-ci il təvəllüdlü Şahin Əliyev, Şərur rayon sakini 1996-ci il təvəllüdlü Nurel İbrahimov müəyyən edilərək saxlanılıblar.

Şahin Əliyevin evinə baxış zamanı narkotik və psixotrop maddə olan metamfetamin həmçinin 20 ədəd satışı qadağan olunan “Preqabalin” həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri