22 
Apr
2024
22:54
14
116
1750
yuxarı
Ödənişli yolda qəza: Xəsarət alanlar var - FOTO
22 Apr, 2024
22:54
1750
14
116
Ödənişli yolda qəza: Xəsarət alanlar var - FOTO
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, KIA markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan beş nəfərdən dörd nəfəri - Rusiya vətəndaşları 1961-ci il təvəllüdlü Aleksey Fedroviç Makiyev, 1977-ci il təvəllüdlu Elena Makiyeva, 2007-ci il təvəllüdlü Denis Nikolayviç və Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
3 
May
2024
22:32
Xocəsən sakinlərinin kanalizasiya problemi: “İydən çölə çıxa bilirik” - VİDEO
4
41
374
3 
May
2024
20:16
Pakistan səfiri: “İki ölkə arasındakı hərbi münaqişə dağıdıcı ola bilər” - VİDEO
76
13
1476