24 
Apr
2024
00:24
7
105
955
Virtual karabakh

Binə qəsəbəsində TƏHLÜKƏ: Elektrik xətləri həyətlərdən keçir - VİDEO

24 Apr, 2024
00:24
955

Binə qəsəbəsində TƏHLÜKƏ: Elektrik xətləri həyətlərdən keçir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Binə qəsəbəsi, Avşarlar küçəsi ilə 326 saylı məktəbin arasında yerləşən bu məhəllədə 500-dən artıq ev var.

Xezerxeber.az-ın məlumatına görə, yüksək gərginlikli elektrik xətlərinin bəzisi hətta həyətlərin içindədir.

Sakinlər deyirlər ki, bu dirəklərin istismar müddəti başa çatıb. Amma yeri dəyişdirilmir.

Onların iddialarına görə, istismar müddəti başa çatmış dirəklərdən qonşu məhəllələrin sakinlərinə işıq da çəkilir.

“Azərişıq” ASC-nin texniki departamentinin direktor müavini Arif Yusifov qeyd edib ki, istismar müddəti başa çatmış elektrik dirəkləri mərhələli şəkildə dəyişdiriləcək.

Özü izolyasiyalı naqillər yerin altından boruların içindən aparılır deyən mütəxəssis qeyd edib ki, bütün bunlar gələcəkdə insanlarının təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

Qanunvericiliyə əsasən, elektirik xətlərinin altında və ya komunikasiya xətlərinin keçdiyi torpaq sahələri üzərində evlərin tikilməsi qadağandır.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri