25 
Apr
2024
17:20
21
162
1871
yuxarı
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
25 Apr, 2024
17:20
1871
21
162
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, “MİRAS20-İM” MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72,5 kq meyvə suyu topları məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu üzə çıxıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
4 
May
2024
18:40
Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB
117
70
1749
4 
May
2024
18:38
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
84
106
3814