27 
Apr
2024
18:09
109
8
1635
yuxarı
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr, 2024
18:09
1635
109
8
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri xilasetmə işlərinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 1991-ci il təvəllüdlü E.Şəfiyeva ayağından zədə alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər bir kilometr hündürlüyü olan ərazidən vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
9 
May
2024
22:24
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş etdi - VİDEO
98
10
1249
9 
May
2024
21:00
Biləsuvarda ƏMƏLİYYAT: Qapalı məkanlarda siqaret çəkənlər cəzalandırıldılar
139
34
779