29 
Apr
2024
11:12
31
105
1940
yuxarı
Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
29 Apr, 2024
11:12
1940
31
105
Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xadimə işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.
Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
16 
May
2024
02:20
Bir gecədə məhv olan güllərin evi: Külə dönmüş “Ağ çiçəyim”dən FOTOREPORTAJ
5
18
948
16 
May
2024
02:02
“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27
218
6199
15 
May
2024
23:12
Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı yeni İDDİA
4
156
1098