29 
Apr
2024
11:36
9
86
1357
Virtual karabakh

Göygöldə restoran külə döndü - VİDEO

29 Apr, 2024
11:36
1357

Göygöldə restoran külə döndü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl rayonunda yanğın hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində yerləşən “Qoşa Çinar” ailəvi istirahət mərkəzində anidən yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 
Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri