30 
Apr
2024
20:44
17
600
7190
Virtual karabakh

Göyçayda oğul atasını döyə-döyə öldürdü: Dəhşətli qətlin təfərrüatı - YENİLƏNİB + VİDEO

30 Apr, 2024
20:44
7190

Göyçayda oğul atasını döyə-döyə öldürdü: Dəhşətli qətlin təfərrüatı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayın Qaraxıdır kəndi ərazisində ata ilə oğul arasında yaranan mübahisə qətllə nəticələnib.

Belə ki, rayonun Şəkər kənd sakini, 35 yaşlı Kamal Əhmədov aralarında yaranan mübahisə zəminində atası, 63 yaşlı Eynulla Əhmədova beş yumruq zərbəsi vurub.

Ağır bədən xəsarəti alan E.Əhmədov elə hadisə yerindəcə vəfat edib.

Hadisə şahidinin sözlərinə görə, mərhumun oğlunun psixoloji problemləri olub:

“Kişinin üstü-başı qan içində idi. Anası ağlayırdı ki, etmə. Dedilər ki, oğlan xəstədir, hər dəfə qaçır, atası qaytarıb gətirirmiş. Gördüm ki, oğlan atasının başına üç-dörd dəfə yumruqla vurdu. Kişi yıxıldı, su verdik ki, ayılsın, ayılmadı, keçindi”.

Ətraflı Baku TV-nin süjetində:

00:20

Göyçayda oğul atasını döyərək öldürüb.

Oxu.Az xəbər verir ki, bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd olunub ki, araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır.

Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

29.04.2023, 22:34

Göyçay sakini döyülərək öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Eynulla Sahabqulu oğlu Əhmədovun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri