30 
Apr
2024
13:44
11
111
1426
Virtual karabakh

Hacıqabulda ağır qəza: “Ford” “KamAZ”a çırpıldı: Xəsarət alan var - AÇIQLAMA + FOTO/VİDEO

30 Apr, 2024
13:44
1426

Hacıqabulda ağır qəza: “Ford” “KamAZ”a çırpıldı: Xəsarət alan var - AÇIQLAMA + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul rayonunun Atbulaq kəndindən keçən ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.

Məlumatda bildirilir ki, qəza “Ford Transit” markalı nəqliyyat vasitəsinin “KamAZ” markalı nəqliyyat vasitəsinə çırpılması nəticəsində baş verib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verib:

“30 aprel tarixində səhər saat 04:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi yolunun 75-ci km-də Mehman Məmmədhüseynzadənin idarə etdiyi “Ford Transit” markalı 77-KB-973 nömrə nişanlı nəqliyyat vasitəsinin öndə hərəkət edən Nəbi Alşanovun idarə etdiyi “KamAZ” markalı 36-BB-908 nömrə nişanlı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Hadisə “Ford Transit” markalı nəqliyyat vasitəsinin sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə “Ford Transit” markalı avtomobilin sərnişini 2005-ci il təvəllüdlü Əmrah Vəliyev xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır”.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri