30 
Apr
2024
15:10
15
191
1590
Virtual karabakh

Onur altıncı dəfə əməliyyat olunmalıdır: “Onu itirmək mənim üçün ölümə bərabərdir” - FOTO

30 Apr, 2024
15:10
1590

Onur altıncı dəfə əməliyyat olunmalıdır: “Onu itirmək mənim üçün ölümə bərabərdir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onur mənim yeganə övladımdır, onu itirmək mənim üçün ölümə bərabərdir”.

Bu sözləri Oxu.Az-a hidrosefaliya xəstəliyindən əziyyət çəkən Onurun anası Aydan Vəlizadə deyib.

O bildirib ki, övladı anadangəlmə bu ağır xəstəlikdən əziyyət çəkir.

“Onur kiçik ömründə beş dəfə əməliyyat keçirib. Sonuncu əməliyyatı və müalicələrinin hamısını, demək olar ki, sizin saytın izləyicilərinin dəstəyi ilə etmişik. Onur xəstəliyi ilə bağlı normal gəzə, hərəkət edə bilmir. Həkimlər müalicələrini və əməliyyatlarını vaxtlı-vaxtında etsək, onun bir az da olsa, düzələ biləcəyini deyiblər. Hazırda Onur altıncı dəfə əməliyyat olunmalıdır”.

Aydan Vəlizadə Onurun əməliyyatı üçün imkanlı şəxslərə səslənib.

“Onur Bakıda yerləşən özəl xəstəxanalardan birində əməliyyat olunacaq. Əməliyyat üçün hazırda lazım olan 4 000 manatın düz yarısını qohum-qonşunun dəstəyi ilə toplaya bilmişik. Qalan məbləği toplamaq üçün yenidən sizin saytın izləyicilərinə, imkanlı şəxslərə üz tutmuşam. İnanın, nə dəyərli əşyam, nə kənarda əlavə bir qəpik pulum qalıb. Onur mənim tək övladımdır, onu itirmək ölümə bərabərdir mənim üçün. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 427-25-89.

Uni Bank: 4098 0944 2237 4833.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri