May
2024
15:00
9
106
733
Virtual karabakh

Körpə Onurun üzərinə qaynar su tökülüb: Müalicə üçün dəstəyə ehtiyacı var - FOTO

2 May, 2024
15:00
733

Körpə Onurun üzərinə qaynar su tökülüb: Müalicə üçün dəstəyə ehtiyacı var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir yaşlı körpə Onurun imkanlı şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Mehri Əzizova məlumat verib.

O bildirib ki, övladı aprelin 12-də ehtiyatsızlıq səbəbindən yanıb.  

“Onurun bir yaşı var. Aprelin 12-də evdə qaz plitəsi ilə oynayarkən, üzərinə içi su dolu qaynar çayniki dağıdıb. Hadisə baş verən kimi biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım bir müddət orda müalicə aldı və dəriköçürmə əməliyyatı keçirdi”.

Mehri Əzizova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

“Onur dəriköçürmə əməliyyatı olunub. Hazırda onun müalicəsi üçün bizim 800 manata ehtiyacımız var. Dərmanlarını və mazlarını istifadə etmədiyimiz zaman onun yaraları suluqlayır, ağrıları artır. Yardımsevər şəxslərdən Onura dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 520-21-53.

Kapital Bank: 4169 7388 3418 3968.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri