2 
May
2024
16:38
23
112
1845
yuxarı
MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verib - VİDEO
2 May, 2024
16:38
1845
23
112
MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verib - VİDEO
“Mərkəzi Seçki Komissiyası (MSK) artıq parlament seçkisinə hazırlığa başlamalıdır”.
“Report” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, yazda və payızda hazırlıqları daha rahat görmək olur: “Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkisi ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”.
“Parlament seçkisindən sonra bələdiyyə seçkisi gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır”, - M.Pənahov əlavə edib.