May
2024
10:51
14
157
1273
Virtual karabakh

14 yaşlı Ruslanın dəstəyə ehtiyacı var - FOTO/VİDEO

4 May, 2024
10:51
1273

14 yaşlı Ruslanın dəstəyə ehtiyacı var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

14 yaşlı Ruslanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Qiyafət Abbasova məlumat verib.

O bildirib ki, övladına altı ay əvvəl beyin ocaqlarının zədələnməsi diaqnozu qoyulub.

“Ruslanın 14 yaşı var, ona altı əvvəl beyin ocaqlarının zədələnməsi diaqnozu qoyulub. O vaxta qədər Ruslanda hər şey qaydasında idi. Məktəbə gedir, dərslərini yaxşı oxuyurdu, çox sakit uşaq idi. Amma bu xəstəlik onu tapandan övladımı tanıya bilmirəm, özünü döyür, qışqırır, ağlayır”.

Qiyafət Abbasova bildirib ki, övladına tək baxır.

“Mən özüm tək anayam, yoldaşım üç il əvvəl vəfat edib. Ruslanın ilkin müalicəsi üçün 2 000 manat borc almışam. Hazırda isə Ruslanın müalicəsini davam etdirmək üçün 3 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”, - deyə o qeyd edib.

Ailə ilə əlaqə: (051) 986-64-42.

Kapital Bank: 4169 7388 8565 0717.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri