Sen
2017
19:12
38
146
2436
Virtual karabakh

Soydaşlarımız Qərbin ölkəmizə qarşı kampaniyasınə ciddi etirazla qarşıladı

7 Sen, 2017
19:12
2436

Soydaşlarımız Qərbin ölkəmizə qarşı kampaniyasınə ciddi etirazla qarşıladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada fəaliyyət göstərən Dünya  Azərbaycanlıları Assambleyası “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsinin "hesabatı" ilə  bağlı etiraz bəyanatı yayıb. Bəyanatda qeyd edilir ki, beynəlxalq hüququ, bütün beynəlxalq təşkilatların qətnamə, qərar, bəyanatlarını ayaqlar altına atan işğalçı Ermənistan hakimiyyətini müxtəlif adlar altında qorumağa çalışan bəzi qüvvələr hədəfi saptırmağa, diqqəti digər istiqamətlərə yönəltməyə  cəhdlər edirlər.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Avropadakı soydaşlarımız hesab edir ki, OCCRP adlanan təşkilatın növbəti addımının da məhz bu səylərin tərkib hissəsi olduğunu hazırlanan bu tipli  "araşdırma"lardan görməmək mümkün deyildir. Assambleya üzvlərinin fikrincə, bu gün Arakanda dünyanın gözü önündə insanlıq dramı yaşanırkən, Yəməndə, Somalidə insanlar su, qida, tibbi ehtiyaclarını qarşılaya bilmədiyindən fəlakətlə üz-üzəykən,  Suriya, İraq, Əfqanıstanda günahsız sivil insanlar qətl edilirkən, dünyanın gözü qarşısında Dağlıq Qarabağ boyda haqsızlıq varkən müxtəlif qurumların bu tipli "araşdırma"larının məqsədi aydındır: “Bu tip "araşdırma"ların erməni lobbisi tərəfindən idarə olunduğunu sadə bir faktla sübut etmək mümkündür. Təsadüfi deyildir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir, eyni zamanda "Guardian"da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs də var”.

Diaspor təşkilatı hesab edir ki, bu cür qərəzli kampaniyalar  Azərbaycanı öz prinsipial mövqeyindən çəkindirməyəcək: "Özlərini demokrat, ədalət carçısı, hüquq müdafiəçisi elan edən bəzi dövlətlərin alovlandırdığı, Tunis, Misir, Liviya, Suriyada, İraq, Əfqanıstan və bir çox ölkələrdə bərqərar etdikləri "demokratiya" sizlərə dərs olmadımı?! Unutmaq lazım deyil ki, bu "yazı" çap olunan ölkələrdən birinin (Danimarka) mətbu orqanların bir neçə il öncə, milyonlarla inanclı insanların sevgi və hörmət bəslədiyi Məhəmməd peyğəmbəri təhqir etməkdən, inanclı insanların hissiyyatı ilə oynamaqdan belə çəkinməmişdilər.  Bununla bağlı  yüz minlərlə insan etiraz etsə də yazıların müəllifləri "söz azadlığı" pərdəsi altında  dəstəklənmişdilər. Diaspor təşkilatı hansısa qaranlıq dairələr tərəfindən maliyyələşdirilən bu cür qurumların "araşdırmasını" mənfur erməni lobbisinin növbəti gedişi hesab etdiyini vurğulayıb. "Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar adından narahatlığını bildirərək bəyan edirik ki, bu təşkilatla bağlı araşdırmalara başlayıb belə addımların əsl sifarişçilərini ortaya çıxaracağıq.” - deyə bəyanatda bildirilir.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri