15 
Dek
2013
13:15
55
18
6482
Virtual karabakh

Azərbaycana qar yağacaq

15 Dek, 2013
13:15
6482

Azərbaycana qar yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə 2 dərəcə şaxta olacaq.

Bakı və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, arabir sulu qara keçəcəyi gözlənilir.  

Yarımadanın bəzi yerlərində qar yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək.

Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə  isti,  dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri