Fev
2014
12:55
58
52
14217
Virtual karabakh

Avropa çempionumuz saqqala görə milli komandadan kənarlaşdırıldı?

3 Fev, 2014
12:55
14217

Avropa çempionumuz saqqala görə milli komandadan kənarlaşdırıldı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən namaz qılıram”.

Yunan-Roma güləşi üzrə Milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyev komandanın təlim-məşq toplanışından kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.

İdmançı Oxu.Az-a açıqlamasında vurğulayıb ki, “məni əqidəmə görə milli komandadan uzaqlaşdırıblar”.

“Mən namaz qılıram və dinə uyğun olaraq saqqal saxlayıram. Məndən saqqalımı qırxmağı tələb etdilər və söylədilər ki, saqqalla milli heyətdə iştirak etmək olmaz. Mən isə buna etiraz edərək, söylədim ki, əgər mənim əqidəm və mənim saqqal saxlamağım sizə bir problem yaradırsa onda mən özüm milli komandanın heyətindən imtina edirəm və buna görə millinin heyətindən getdim”.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri