Dek
2016
11:21
636
25
27209
Virtual karabakh

Azərbaycanlı döyüşçü ermənini məğlub edərək dünya çempionu olub – FOTO

9 Dek, 2016
11:21
27209

Azərbaycanlı döyüşçü ermənini məğlub edərək dünya çempionu olub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarkov şəhərində MMA üzrə dünya çempionatında Azərbaycan idmançısı Şahin Ramazanov qızıl medal qazanıb. 

Oxu.Az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində yer alan Ş.Ramazanov 3 görüş keçirməli olub.

O, ilk qarşılaşmasında Rusiyada yaşayan ermənini 30 saniyəyə məğlub edib. Bundan sonra Ukrayna döyüşçüsünü də üstələyən Ş.Ramazanov finalda liviyalı ilə qarşılaşmalı olub. Lakin həmin rəqib döyüşə çıxmaqdan imtina edib. 

Nəticədə Azərbaycan təmsilçisi qalib elan olunub. Ona diplom və qızıl medal təqdim edilib.
Xatırladaq ki, dünya çempionatında 16 ölkə iştirak edib.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri